...

Təbiət hadisələri nəticəsində Azərbaycanın qərb regionuna dəyən fəsadlar aradan qaldırılır

Cəmiyyət Materials 11 İyun 2014 12:37 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, yağan dolu mərkəz və digər ərazilərdə sosial obyektlərin, fərdi yaşayış evlərinin dam örtüyünü sıradan çıxarıb, avtomobillərə ziyan dəyib.
Təbiət hadisələri nəticəsində Azərbaycanın qərb regionuna dəyən fəsadlar aradan qaldırılır

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Ötən gündən Daşkəsəndə müşahidə olunan qeyri-sabit hava şəraiti güclü dolunun yağması ilə nəticələnib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, yağan dolu mərkəz və digər ərazilərdə sosial obyektlərin, fərdi yaşayış evlərinin dam örtüyünü sıradan çıxarıb, avtomobillərə ziyan dəyib.

Hazırda rayon İcra Hakimiyyətində komissiyalar yaradılıb və ziyan dəymiş ərazilərə ezam olunub. Komissiya nümayəndələri dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması üçün sürəkli iş aparırlar. Elektrik təsərrüfatına dəymiş ziyanla əlaqədar bölgədə elektrik verilişində məhdudiyyətlər tətbiq olunub.

Daşkəsənlə yanaşı, Göygöl rayonunun ucqar kəndləri də külək və yağış nəticəsində zərər görüb. Rayon Fövqəladə Hallar Komissiyası dəymiş zərərlərin aradan qaldırılması üçün bütün qüvvəsilə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti