Azərbaycan, Bakı, 18 iyun /Trend/
Gənclər və idman naziri Azad Rəhimov iyunun 24-də Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarının sakinləri iştirak edəcək.
Qəbul saat 11:00-da Ağcabədi Gənclər Mərkəzində (Ağcabədi şəh,Heydər Əliyev prospekti Şahmat Məktəbinin yanı) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı iyunun 17-dən 23-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Ağcabədi - 050-515-29-00;
[email protected]
Beyləqan - 055-743-12-12;
[email protected]
Biləsuvar - 050-504-44-22;
[email protected]
İmişli - 050-635-66-49;
Imisli_[email protected]