...

Azərbaycan jurnalistlərinin İranın bir neçə vilayətinə səfəri təşkil ediləcək

Cəmiyyət Materials 20 İyun 2014 11:05 (UTC +04:00)
Azərbaycan jurnalistləri İranın bir neçə vilayətinə ezam olunacaqlar. Trend xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin səfirlikdə keçirilən mətbuat konfransında deyib.
Azərbaycan jurnalistlərinin İranın bir neçə vilayətinə səfəri təşkil ediləcək

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan jurnalistləri İranın bir neçə vilayətinə ezam olunacaqlar. Trend xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin səfirlikdə keçirilən mətbuat konfransında deyib.

M.Pakayin bildirib ki, bu yaxınlarda Azərbaycan jurnalistlərindən ibarət bir qrup İranın Ərdəbil vilayətində səfər olub: Onlar oradakı mədəni-tarixi abidələr, müalicə və istirahət yerləri, o cümlədən regionun iqtisadi potensialı ilə yaxından tanış olublar".

Belə səfərlərin iki ölkər arasında əlaqələrin genişlənməsinə və xalqların daha da yaxınlaşmasına kömək etdiyini deyən səfirin sözlərinə görə, belə tanışlıq səfərlərinin təşkili bundan sonra da davam etdiriləcək: "Azərbaycanın media nümayəndələri İranın Gilan, Şərqi və Qərbi Azərbaycan, o cümlədən Mazandaran vilayətlərinə ezam ediləcəklər. Biz çalışacağıq ki, bu səfərlər müntəzəm şəkildə şəkildə təşkil olunsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti