...

"Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda "dəyirmi masa" keçirildi (FOTO)

Cəmiyyət Materials 20 İyun 2014 17:47 (UTC +04:00)
20 iyun 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə həftəsi”nə həsr olunmuş tədbirlər çərçivəsində “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda rayonu gəncləri ilə görüş keçirildi.
"Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda "dəyirmi masa" keçirildi (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

20 iyun 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində "Narkomaniyaya qarşı mübarizə həftəsi"nə həsr olunmuş tədbirlər çərçivəsində "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda rayonu gəncləri ilə görüş keçirildi.

İlk öncə məktəblilərin əl işlərindən ibarət narkomaniyanın fəsadlarını əks etdirən rəsmlərdən təşkil olunmuş sərgiyə baxış keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov,

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məsul işçisi Ülvi Məcidov, Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov və rayon gəncləri iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov sürətlə inkişaf edən müstəqil respublikamızda sağlam cəmiyyətin qorunub saxlanılmasını daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu bildirdi. Qeyd etdi ki, bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarətdir. Bu ümumbəşəri bəla ilə mübarizə istiqamətində respublikamızda ciddi tədbirlərin görülmüşdür. 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir. Azərbaycan Respublikası həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirmiş, narkomanlıqla mübarizədə müsbət nəticələrin eldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nı təsdiq etmişdir.

Daha sonra çıxış edən digər natiqlər narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə vurduğu fəsadlardan söz açdılar. Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olduğunu bildirdilər. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəal rol oynamısının zəruriliyi diqqətə çatdırıldı. Narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər.

Tədbiririn sonunda hər bir iştirakçıya narkomaniyanın fəsadlarını göstərən broşürlər paylandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti