...

YAP Gənclər Birliyinin üzvləri Qarabağ şəhidlərinin məzarlarını ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 25 İyun 2014 15:07 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibətlə Şəhidlər xiyabanında Qarabağ şəhidlərinin məzarlarını ziyarət ediblər.
YAP Gənclər Birliyinin üzvləri Qarabağ şəhidlərinin məzarlarını ziyarət ediblər (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibətlə Şəhidlər xiyabanında Qarabağ şəhidlərinin məzarlarını ziyarət ediblər.

YAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, gənclər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Qarabağ şəhidlərinin əziz xatirəsini yad edib və məzarları önünə gül dəstələri düzüblər.

Ümumilikdə 150-ə yaxın gənc şəhidlərin məzarını ziyarət edib. Ziyarətçilər arasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov da olub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun - Silahlı Qüvvələr Günü elan edilib və hər il Azərbaycan xalqı bunu bayram edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti