...

Azərbaycanda sabahdan hava mülayimləşəcək, yağıntı kəsiləcək, temperatur yüksələcək (ƏLAVƏ OLUNUB 2)

Cəmiyyət Materials 30 İyun 2014 12:46 (UTC +04:00)
Azərbaycan ərazisində iyunun 28-dən başlayaraq, müşahidə olunan qeyri-sabit hava şəraiti sabahdan mülayimləşəcək.
Azərbaycanda sabahdan hava mülayimləşəcək, yağıntı kəsiləcək, temperatur yüksələcək (ƏLAVƏ OLUNUB 2)

İlk xəbər 10:07-də yayılıb

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan ərazisində iyunun 28-dən başlayaraq, müşahidə olunan qeyri-sabit hava şəraiti sabahdan mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah gündüzdən ölkə ərazisində küləyin sürəti zəifləyəcək. Havanın temperaturu da ötən günlərlə müqayisədə yüksələcək.

Qeyd edək ki, iyunun 28-dən Azərbaycan ərazisində hava şəraiti dəyişib, güclü külək əsir. Şimal küləyi iyunun 29-u və 30-da daha da şiddətlənib. Bu günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 29-da əsən güclü şimal-qərb küləyi iyunun 30-da daha da şiddətlənib. Küləyin maksimal sürəti 28-30 m/s-yə çatıb. Ayrı-ayrı rayonlarda isə qərb küləyinin sürəti 16-28 m/s təşkil edib.

Əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Böyük Qafqazda 9-18, bəzi ərazilərdə 26-45, Kiçik Qafqazda 3-8, Mərkəzi Aran rayonlarında 2-6 mm olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, iyulun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Sabah gündüzdən şimal küləyi mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

İyulun 1-də Azərbaycanın bölgələrində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti