...

Hindistan səfiri: Şəki "İpək yolu"nun inkişafında müstəsna rola malik olub

Cəmiyyət Materials 2 İyul 2014 13:46 (UTC +04:00)
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə təşkil olunan 5-ci Beynəlxaq "İpək yolu" Musiqi Festivalında iştirak edən qonaqların bəziləri ilə görüşüb.
Hindistan səfiri: Şəki "İpək yolu"nun inkişafında müstəsna rola malik olub

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə təşkil olunan 5-ci Beynəlxaq "İpək yolu" Musiqi Festivalında iştirak edən qonaqların bəziləri ilə görüşüb.

Trend kanal S-ə istinadən xəbər verir ki, Şəkidə təşkil olunan 5-ci Beynəlxaq "İpək yolu" Musiqi Festivalında iştirak etmək məqsədilə Şəkiyə gələn Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar icra başçısı Elxan Usubovla görüşüb. Görüşdə icra başçısı Şəki haqda qonağa məlumat verib. Bildirib ki, burada 84 tarixi abidə var. Rayonun tarixi abidələrinə olan maraq xarici turistlərin axınında da hiss olunur.

Səfir Şəki sakinlərinin qonaqpərvərliyi, isti münasibətindən razılığını ifadə edib. Bildirib ki, Azərbaycan və Hindistan münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əlindən gələni edəcək. İstər tibbi, istər informasiya, istərsə də kosmik sahədə müəyyən uğurlara imza atan Hindistan Azərbaycanla da bu təcrübəsini bölüşmək niyyətindədir: "Mən çox şadam ki, bu il belə bir beynəlxalq festivalda bizim ölkəmiz də yer alıb. Şəhər çox xoşuma gəldi. Bizi dəvət edənlərə təşəkkürümü bildirirəm. Şəki "İpək yolu"nun inkişafında müstəsna rola malik olub. Səmimi qarşılanmaya görə Şəki camaatına təşəkkür edirəm".

Görüşün sonunda Şəkinin rəmzlərini özündə əks etdirən müxtəlif hədiyyələr səfirə təqdim olunub.

Daha sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı TÜRKSOY-un baş katibi Düsen Kasainovu da qəbul edib. Görüşdə Şəkidə turizmlə yanaşı, aqrar sahənin də yüksək sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb. Qonağa şəhərin tarixi yerlərini əks etdirən şəkillər göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti