...

"Bakının Birİncisi 2014" adlı gənclərarası intellektual turnir keçiriləcək (FOTO)

Cəmiyyət Materials 4 İyul 2014 13:53 (UTC +04:00)
Qeyd edək ki, festivalın proqramı çərçivəsində “Bakının Birİncisi 2014” adlı “Nə? Harada? Nə Zaman?” və “Breyn-rinq” üzrə gənclərarası intellektual turniri keçiriləcək.
"Bakının Birİncisi 2014" adlı gənclərarası intellektual turnir  keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Hər il olduğu kimi gənclərin asudə vaxtının səmərəli keçirilməsi və intellektual səviyyələrini artırmaq məqsədi ilə iyul ayının 5-də "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı və "Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə artıq ənənəvi xarakter alan və sayca beşinci olan V Gənclər Festivalı baş tutacaq. Qeyd edək ki, festivalın proqramı çərçivəsində "Bakının Birİncisi 2014" adlı "Nə? Harada? Nə Zaman?" və "Breyn-rinq" üzrə gənclərarası intellektual turniri keçiriləcək.

Trend-in məlumatına görə, 30 komandanın iştirakı ilə Marriot Absheron hotelində baş tutacaq turnirin aparıcıları Moskva və Minsk elitar klublarının ən məhşur və sevimli oyunçuları olan, Büllur Bayquş sahibləri Andrey Supranoviç və Ales Muxin olacaqlar. Juri kürsüsündə isə Moskva elitar klubun məhşur oyunçuları Anastasiya Şutova və Aleksand Fingerov əyləşəcək.

Yarışmada nəticələrə əsasən ilk 3 yeri tutan komanda diplom və hədiyyələrlə təltif olunacaq. Bundan əlavə "Nə? Harada? Nə zaman" yarışında ilk 8 yeri tutan komandalar üçün tələbələr arasında Rusiya Çempionatının təşkilat komitəsinin üzvü Aleksandr Fingerovun rəhbərliyi ilə "Breyn-rinq" yarışının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, "Bakının Birİncisi" yarışması - 2010" adlı "Nə? Harada? Nə Zəman?" gənclərarası yarışı 13 fevral 2010-cu ildə, "Bakının Birİncisi-2011" 16 Aprel 2011-ci ildə, "Bakının Birİncisi-2012" 12 may 2012-ci ildə, "Bakının Birİncisi-2013" isə 5 iyul 2013-cü ildə təşkil edilmişdir.

Əlavə edək ki, bu turnir Beynəlxalq Klublar Assosiasiyasında lisenziya alıb və təşkilatın rəsmi tədbirlər siyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti