...

Elman Mehdiyev: Qeyri-dövlət pensiya fondlarının fəaliyyəti beynəlxalq praktika əsasında təşkil olunacaq

Cəmiyyət Materials 6 Avqust 2014 12:37 (UTC +04:00)
Qeyri-dövlət pensiya fondları fəaliyyət xüsusiyyətlərindən irəli gələrək bir çox istiqamət üzrə funksiyalar yerinə yetirəcəkdir ki, bu da gələcəkdə həmin fondlar tərəfindən fəaliyyətlərinin tam və qanunvericiliyə yğun şəkildə təşkil edilməsi, effektiv idarəetmə mexanizmlərinin tətbiq olunması üçün öncədən ciddi və hərtərəfli hazırlıq işlərinin aparılmasını zəruri edir.
Elman Mehdiyev: Qeyri-dövlət pensiya fondlarının fəaliyyəti beynəlxalq praktika əsasında təşkil olunacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Qeyri-dövlət pensiya fondları fəaliyyət xüsusiyyətlərindən irəli gələrək bir çox istiqamət üzrə funksiyalar yerinə yetirəcəkdir ki, bu da gələcəkdə həmin fondlar tərəfindən fəaliyyətlərinin tam və qanunvericiliyə yğun şəkildə təşkil edilməsi, effektiv idarəetmə mexanizmlərinin tətbiq olunması üçün öncədən ciddi və hərtərəfli hazırlıq işlərinin aparılmasını zəruri edir. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib. Bu barədə Trend-ə Fonddan bildirilib.

DSMF sədri diqqətə çatdırıb ki, qeyd edilən funksiyalar qeyri-dövlət pensiya təminatı məqsədləri üçün haqların toplanması, pensiya hesablarının aparılması, həmin hesabların vəziyyəti barədə aidiyyəti şəxslərin məlumatlandırılması, ehtiyatların formalaşdırılması, vəsaitlərin yerləşdirilməsi və əlaqədar investisiya siyasətinin aparılması, qeyri-dövlət pensiya təminatı üzrə münasibətlərin digər iştirakçıları ilə işin təşkili, nizamnamə fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan əmlakın və pensiya ehtiyatı vəsaitlərinin ayrıca uçotunun aparılması, öhdəliklər üzrə aktuar hesablamaların həyata keçirilməsi, qeyri-dövlət pensiyalarının təyinatı və ödənilməsi və digər istiqamətlərlə bağlıdır.

E.Mehdiyev vurğulayıb ki, qeyd edilənlərlə bağlı beynəlxalq praktikaya əsaslanan qayda və prosedurlar DSMF və Avropa İttifaqının birgə layihəsi çərçivəsində hazırlanması nəzərdə tutulan qeyri-dövlət pensiya fondlarına dair qanunvericilikdə təsbit olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti