...

ƏƏSMN tərəfindən 250 nəfərdən çox əlilliyi olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib

Cəmiyyət Materials 7 Avqust 2014 15:56 (UTC +04:00)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasına xüsusi önəm verir.
ƏƏSMN tərəfindən 250 nəfərdən çox əlilliyi olan şəxs peşə
hazırlığı kurslarına cəlb edilib

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasına xüsusi önəm verir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, belə ki, cari ilin ötən dövrü ərzində ƏƏSMN-in Bakının Yeni Ramana qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə ümumilikdə 176 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşələr (dərzi, toxucu, xalçaçı, aşbaz, kompyuter istifadəçisi, bərbər və s.) üzrə peşə hazırlığı kurslarına qəbul edilib. Onlardan artıq kursları uğurla bitirən 54 nəfərinə sertifikat, 11 nəfərinə arayış verilib.

Qeyd olunan dövrdə ƏƏSMN tərəfindən peşə hazırlığı kurslarına cəlb edilən əlilliyi olan şəxslərin sayı isə 80 nəfər olub. Həmin şəxslərdən 60 nəfərini gözdən əlilliyi olan insanlar təşkil edib ki, onlara brayl sistemi üzrə təlim aparılmaqla peşələr öyrədilib. Peşə hazırlığı kurslarına cəlb olunan əlilliyi olan şəxslərin əksəriyyəti gənclərdən ibarət olub.

ƏƏSMN-in məşğulluq xidməti orqanları peşə hazırlığı kurslarını bitirən əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə qısa müddətdə məşğulluqlarının təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti