...

TDQK abituriyentlərə növbəti xəbərdarlığını edib

Cəmiyyət Materials 13 Avqust 2014 10:44 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə növbəti xəbərdarlığını edib.
TDQK abituriyentlərə növbəti xəbərdarlığını edib

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə növbəti xəbərdarlığını edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi 13 avqust saat 23:59-da başa çatır. İxtisas seçimini yekunlaşdırmayan abituriyentlər göstərilən vaxta qədər bu işi başa çatdırmalıdırlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

2014-cü il 13 avqust saat 10:00-a olan məlumata görə, 8507 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti