...

Gəncədə Azərbaycan gəncləri ilə Avropa gənclərinin birgə forumu keçirlir

Cəmiyyət Materials 22 Avqust 2014 11:22 (UTC +04:00)
Gəncədə Azərbaycan gəncləri ilə Avropa gənclərinin birgə forumu işə başlayıb
Gəncədə Azərbaycan gəncləri ilə Avropa gənclərinin
birgə forumu keçirlir

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Gəncədə "ASAN könüllüləri" Gənclər Təşkilatı və Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Arzuladığımız dünyanı innovativ gələcəklə quraq" devizi altında gənclər forumu öz işinə başlayıb.

15 ölkə daxil olmaqla ümumilikdə 70 nəfərədək gəncin qatıldığı forumun keçirilməsində əsas məqsəd Azərbaycanla Avropa ölkələri arasında olan inteqrasiya, bilik və mübadilə proseslərini gücləndirmək, Azərbaycan gənclərinin ictimai aktivliyinin və sosial layihələrdə iştirakının inkişaf etdirilməsinə təşəbbüs göstərməkdir.

Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.İcra başçısı gəncləri müzakirə olunacaq mövzular ətrafında daha fəal olmağa çağırdıqdan sonra 2016-cı il Avropa Gənclər Paytaxtı seçilən Gəncədə gənclərin fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb.

Sonra "Avropa cəmiyyətlərinin mədəni və sosial-iqtisadi müxtəlifliyini nəzərə alaraq Avropa ölkələri hansı yollarla hər kəsə bərabər təhsil imkanlarını təmin edə bilər?", "Əqli mülkiyyət hüquqlarını təmin və müdafiə olunması üçün Avropa ölkələri hansı tədbirləri görməlidir?", "Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrdə sosial xidmət sahəsindəki nöqsanlar və bu nöqsanların aradan qaldırılması üçün üzv ölkələrdə hansı mümkün həll yolları irəli sürülməli və modellər qəbul olunmalıdır?" və sair mövzularda məruzələr dinlənilərək müzakirə edilib.

Forum avqustun 24-dək davam edəcək. Bu müddət ərzində iştirakçılar Gəncənin maddi-mədəni abidələri ilə tanış olacaq, eləcə də tarixi yerlərə ekskursiyalar edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti