...

Baş Prokurorluq Abşeron İH-nin şöbə müdirinin tutulması məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 12 Sentyabr 2014 15:04 (UTC +04:00)
Baş Prokurorluq Abşeron rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin rəisi Seymur Məmmədovun korrupsiya cinayəti ilə bağlı saxlanması barədə bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.
Baş Prokurorluq Abşeron İH-nin şöbə müdirinin tutulması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Baş Prokurorluq Abşeron rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin rəisi Seymur Məmmədovun korrupsiya cinayəti ilə bağlı saxlanması barədə bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib ki, S.Məmmədovun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən tutulması barədə məlumatlar həqiqətəuyğun deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti