...

Britaniyalı deputat: Dünyanın Azərbaycandan öyrənəcəyi müəyyən şeylər var

Cəmiyyət Materials 18 Sentyabr 2014 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbirlər Aygün Bədəlova, Səbinə Əhmədova/

Dünyanın Azərbaycandan öyrənəcəyi müəyyən şeylər var. Bunu Trend-ə müsahibəsində Böyük Britaniya parlamentinin deputatı Toni Boldri deyib.

Deputat bildirib: "Hesab edirəm ki, bizim eyni zamanda müsəlman ölkəsi olan dünyəvi Azərbaycandan öyrənəcəyimiz müəyyən şeylər var".

T.Boldri Azərbaycanda ikigünlük səfərdədir. T.Boldri ilə yanaşı, nümayəndə heyətinə Böyük Britaniya parlamentinin üzvü, keçmiş müdafiə naziri Piter Laff və London Diplomatiya Akademiyasının rektoru Nabil Ayad da daxildir.

Deputatın sözlərinə görə, Azərbaycanda bütün etnik qruplara münasibətdə tolerantlıq mövcuddur.

Qeyd edək ki, T.Boldri 1990-cı ildən Şimali Oksfordşirdən parlamentə deputat seçilib və müxtəlif nazir vəzifələrində, o cümlədən kənd təsərrüfatı, balıqçılıq və ərzaq naziri vəzifəsində olub. Marqaret Tetçer və Con Meycorun Baş nazir olduğu dönəmlərdə dövlət naziri vəsifəsində çalışıb, parlamentin İcmalar Palatasında İngilis kilsəsinin nümayəndəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti