...

Nizami rayonunun fəalları 7 saylı internat evinin uşaqlarını sevindirdi (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2014 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon fəalları müqəddəs Qurban bayramı ərəfəsində Saray qəsəbəsində yerləşən 7 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evinin sakinlərini sevindiriblər.

YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin, Qadınlar Şurasının və rayon İH-in, bir sıra orta məktəblərin, mədəniyyət ocaqlarının nümayəndələri də internat evinin sakinlərinin görüşünə gəlmişdilər. İnternat evinin sakinləri ilə görüşün mahiyyətinə və mənəvi tərəflərinə toxunan YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qarşıdan gələn müqəddəs Qurban bayramı munasibətilə internat evinin sakinlərini və əməkdaşlarını təbrik edib.

Qeyd edib ki, ölkəmizdə hər bir qəbildən olan insanlar, xüsüsən də fiziki və əqli qüsuru olan uşaqlar və böyüklər üçün dövlət tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir.

Sədaqət Vəliyeva əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçiliyimizdə bütün sahələrə göstərilən diqqətin böyük önəm kəsb etdiyini vurğulayıb. Bildirib ki, ulu öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyev həmişə ölkədə uşaqlara diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həlli istiqamətində konkret addımlar atılıb. Məhz bunun bariz nümunəsi olaraq 2009-cu ilin Prezident İlham Əliyev tərəfindən "Uşaq ili" elan edilməsinin də bu istiqamətdə atılan addımların yüksək göstəricisi olduğunu bildirən təşkilat sədri ölkəmizin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən də bu cür xeyriyyə işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Fiziki və əqli qüsuru olan uşaqlar qarşısında çıxış edən digər qonaqlar da onları bayram münasibətilə təbrik ediblər, xoş arzu və niyyətlərini çatdırıblar. Bildirilib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində mərhəmət, humanizm və xeyirxahlıq dayanır. Bu mənada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın nəcib fəaliyyəti hər birimizə örnəkdir. Bunun nəticəsidir ki, ölkəmizdə ildən-ilə xeyriyyəçilik və humanizm prinsiplərinə əsaslanan layihə və fəaliyyətlər artır.

Qeyd edək ki, internat evinin sakinləri ilə görüşə gələn qonaqlar xüsusi bağlamalar və oyuncaqlar da hədiyyə gətiriblər. Öz növbəsində, 7 saylı internat evinin rəhbərliyi onları belə bir gündə yad edərək, görüşə gəldiklərinə görə qonaqlara dərin minnətdarlığını bildirib. Bildirilib ki, internat evi 1974-cü ildən fəaliyyət göstərir, burada aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb.

Vurğulanıb ki, fiziki və əqli qüsuru olan uşaqların maddi təminatla yanaşı, daha çox mənəvi dəstəyə ehtiyacları var. Onların da məhz belə bir ehtiyacını bu cür qarşılayan xeyirxah insanların əməllərinin yüksək qiymətə layiq olduğunu bildirən internat direktoru YAP tərəfindən davamlı şəkildə onlara bu cür qayğıların göstərildiyini də diqqətə çatdırıb.

Maraqlı konsert və şən klounların proqramları ilə başa çatan görüş internat sakinlərinin böyük sevincinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti