...

Xəzər dənizinin duzsuzlaşdırma kompleksinin gücünün artırılması təklif edilir

Cəmiyyət Materials 9 Oktyabr 2014 01:41 (UTC +04:00)
Xəzər dənizinin duzsuzlaşdırma kompleksinin gücü artırılmalıdır.
Xəzər dənizinin duzsuzlaşdırma kompleksinin gücünün artırılması təklif edilir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Xəzər dənizinin duzsuzlaşdırma kompleksinin gücü artırılmalıdır.

Trend-in məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib ki, bunun üçün əlavə tikinti-quraşdırma işləri aparmadan duzsuzlaşdırma kompleksinin gücünü qısa zamanda 4 dəfə artırmaq mümkündür və buna ehtiyac var.

Nazirin sözlərinə görə, bundan başqa, Şirvan kanalının nisbətən az duzlu suyunun Xəzər dənizinə axıdılmaqdansa, duzsuzlaşdıraraq suvarmada istifadə edilməsi daha məqsədəuyğun olardı.

H.Bağırov qeyd edib ki, gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi ilə bağlı verdiyiniz tapşırığa əsasən tükənməyən mənbə olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün infrastruktur imkanları 20 min kubmetr olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 kubmetr gücündə avadanlıq quraşdırılmış zavod və müasir tinglikdən ibarət kompleks inşa edilib. Faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsidir.

Onun sözlərinə görə, bu gün zavodda istehsal olunan su ətraf ərazidə salınmış yaşıllıqların suvarılmasında istifadə edilir: "Hazırda Ələt-Astara magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması işləri davam edir. Əkinlərin əksəriyyəti zeytunluq olan bu ərazilərdə suvarmaya yararlı suyun məhdud olması dəniz suyunun duzsuzlaşdırılma həcminin artırılması zərurətini yaratmışdır".

Xəbər lenti

Xəbər lenti