...

Azərbaycanda seçki hüququnun pozulması ilə bağlı mübahisələrə ərazi üzrə məhkəmələrdə baxılacaq

Cəmiyyət Materials 17 Oktyabr 2014 13:50 (UTC +04:00)
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı seçki hüququnun pozulması hadisəsi harada baş verərsə, məsələ ilə bağlı mübahisəyə o ərazi üzrə yerləşən məhkəmələrdə baxılacaq.
Azərbaycanda seçki hüququnun pozulması ilə bağlı  mübahisələrə ərazi üzrə məhkəmələrdə baxılacaq

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı seçki hüququnun pozulması hadisəsi harada baş verərsə, məsələ ilə bağlı mübahisəyə o ərazi üzrə yerləşən məhkəmələrdə baxılacaq. Trend xəbər verir ki, bunu Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən müşavirədə "Seçki hüququnun apelyasiya məhkəmə instansiyasında müdafiəsi" mövzusunda çıxış edən Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev deyib.

O, bildirib ki, Azərbaycanda qazanılmış təcrübə imkan verir ki, qarşıdan gələn bələdiyyə seçkiləri də demokratik və ədalətli keçirilsin.

İ.Nağıyev deyib ki, bundan sonra DSK-lar qəbul etdiyi qərarlara görə birbaşa məsuliyyət daşıyacaqlar.

Məhkəmə sədri qeyd edib ki, 2009-cu ildə bələdiyyə seçkiləri ilə bağlı Bakı Apelyasiya Məhkəməsində 85 işə baxılıb. Seçkilərə qədər məhkəməyə 16, seçkilərdən sonra isə 69 şəxsin müraciəti daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti