...

Jurnalistlər Tovuzda hərbi hissədəki vəziyyətlə tanış olublar (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2014 18:03 (UTC +04:00)
Jurnalistlər Tovuzdakı N saylı hərbi hissədəki vəziyyətlə tanış olublar.
Jurnalistlər Tovuzda hərbi hissədəki vəziyyətlə tanış olublar (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Zaur Mustafayev/

Jurnalistlər Tovuzdakı N saylı hərbi hissədəki vəziyyətlə tanış olublar.

Trend xəbər verir ki, Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı 30-dan çox KİV nümayəndəsi Tovuz və Qazax rayonlarına səfər ediblər. Səfər çərçivəsində jurnalistlər bu gün Tovuz rayonunda yerləşən N saylı həbi hissəyə gələrək buradakı vəziyyətlə yaxın tanış olublar.

Hərbçilərimizin təlim-dərslərində iştirak edən jurnalistlərə silahlar və onların davranış qaydaları haqqında məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan hərbçilərinin döyüş qabiliyyəti yüksək səviyyədədir və hər an Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş torpaqlarımızı azad etməyə hazırdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti