...

KİV nümayəndələri Qazaxın sərhəd bölgəsində yerləşən orta məktəblə tanış olublar (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2014 12:20 (UTC +04:00)
Azərbaycanda 30-dan çox KİV nümayəndəsinin Tovuz və Qazax rayonlarına səfəri davam edir.
KİV nümayəndələri Qazaxın sərhəd bölgəsində yerləşən orta məktəblə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Zaur Mustafayev/

Azərbaycanda 30-dan çox KİV nümayəndəsinin Tovuz və Qazax rayonlarına səfəri davam edir.

Trend-in məlumatına görə, artıq jurnalistlər Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kənd orta məktəbinin tədris şəraiti ilə tanış olublar. Məktəbdə jurnalistlərə bildirilib ki, bu məktəb Azərbaycan torpaqları uğrunda 24 şəhid verib, 30-dan çox hərbçisi var. Tanışlıq zamanı jurnalistlər hərbi hazırlıq dərsini də izləyiblər. Şagirdlər çıxış edərək hər zaman Vətən uğrunda döyüşlərə hazır olduqlarını bəyan ediblər.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə bildirib ki, Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutan bu səfərin məqsədi ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdır.

Səfər KİV nümayəndələrinə cəbhəyanı bölgələrdəki təhsil ocaqlarında tədris mühiti ilə daha yaxından tanış olmağa, şagirdlərin yüksək bilik almaq üçün göstərdikləri səyləri qiymətləndirməyə geniş imkanlar yaradacaq. Bütün bunlar ölkə ictimaiyyətinin cəbhəyanı bölgələrdə təhsilin vəziyyəti ilə tanış olması və medianın bu istiqamətdə daha dolğun məlumatlarla təmin edilməsi işinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti