...

Satış məntəqələrində olan cihazların “IMEI” nömrələrinin qeydiyyatda olması yoxlanacaq

Cəmiyyət Materials 3 Noyabr 2014 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və "IMEI" nömrələri bazada qeydiyyatda olan mobil cihazların satışı təşkil olunmalıdır. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, istehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan cihazların "IMEI" nömrələrinin qeydiyyatda olması yoxlanacaq, qeydiyyatsız cihazların satışını təşkil edən hüquqi və fiziki şəxslərə qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun tədbirlər görüləcəkdir.

Mobil cihazların qeydiyyatını "www.imei.az", "www.e-gov.az" saytlarında birbaşa və ya poçt şöbələrində aparmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti