Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək istəyənlər daxili işlər naziri tərəfindən qəbul ediləcək.
Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsindən Trend-ə verilən məlumata görə, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan rayon sakinləri 29 noyabr 2014-cü il tarixdə saat 12:00-da Sumqayıt Şəhər Polis İdarəsində Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən qəbul ediləcəklər.
Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.