...

Azərbaycanda tanınmış şirkət 2 milyondan artıq məbləğdə cərimələndi

Cəmiyyət Materials 6 Noyabr 2014 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Oral-B Pro-flex" diş fırçasının, "Duracell" batareyasının, "Ariel" yuyucu tozunun və "Blend-a-med Pro-expert" diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bununla əlaqədar həmin reklamların sifarişçisi olan "Prokter & Gembl Azərbaycan Servisləri" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Prokter & Gembl Azərbaycan Servisləri" MMC-yə 2 milyon 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında araşdırmalarını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti