...

Nigeriyalı Azərbaycan dili olimpiadasının qalibi oldu (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2014 19:17 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alan Nigeriya vətəndaşı Viktor Damola ölkədə ilk dəfə keçirilən “Əcnəbi tələbələr arasında Azərbaycan dili” olimpiadasının qalibləri sırasında olub.
Nigeriyalı Azərbaycan dili olimpiadasının qalibi oldu (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alan Nigeriya vətəndaşı Viktor Damola ölkədə ilk dəfə keçirilən "Əcnəbi tələbələr arasında Azərbaycan dili" olimpiadasının qalibləri sırasında olub.

Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı Beynəlxalq Tələbə Klubunun təşkil etdiyi olimpiadada beş nəfər əcnəbi tələbə qalib adını qazanıb. Amerika, Çin, Koreya, Türkiyə, Nigeriya, İraq, Pakistan, Əfqanıstan və Özbəkistandan olan tələbələrin qatıldığı olimpiadada finala 14 gənc vəsiqə qazanıb.

Əcnəbi gənclər Azərbaycan dilində şeir və mahnılar səsləndirərək öz dil bacarıqlarını nümayiş etdiriblər.

Qalibləri millət vəkilləri Aydın Mirzəzadə, Qənirə Paşayeva, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, YAP Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, əməkdar artist Tünzalə Ağayeva və teleaparıcı Samirə Mustafayevanın təmsil olunduğu münsiflər heyəti müəyyən edib.

Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti