...

IACA: Korrupsiyaya qarşı mübarizə bütün üzv dövlətlərin daimi səylərini tələb edir

Cəmiyyət Materials 19 Noyabr 2014 15:44 (UTC +04:00)
Qlobal problemə çevrilən korrupsiyaya qarşı mübarizə yalnız birgə səylər nəticəsində səmərə verə bilər.
IACA: Korrupsiyaya qarşı mübarizə bütün üzv dövlətlərin daimi səylərini tələb edir

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Qlobal problemə çevrilən korrupsiyaya qarşı mübarizə yalnız birgə səylər nəticəsində səmərə verə bilər. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi Martin Kreutner Akademiyanın Assembleyasının Bakıda keçirilən 3-cü sessiyası zamanı çıxışında deyib.

Sessiyanın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirən M.Kreutner qeyd edib ki, korrupsiyaya qarşı mübarizə bütün üzv dövlətlərin daimi səylərini tələb edir.

AntiKorrupsiya Akademiyasının korrupsiya əleyhinə mübarzə vərdişlərini inkişaf etdirən mötəbər bir təşkilat olduğunu deyən icraçı katib bildirib ki, bu gün Akademiyanın 60 üzvü və 50-dən çox iştirakçı ölkəsi var.

Onun sözlərinə görə, bu günə qədər 5 milyondan çox insan Akademiyanın fəaliyyətindən faydalanıb və lazımi vərdişlərə yiyələnib.

M.Kreutner qeyd edib ki, bu gün korrupsiya kimi bir bəlanın kölgəsini müxtəlif yerlərdə görürük: "Biz birlikdə korrupsiyaya qarşı mübarizə aparan insanlara dəstək göstəririk".

Akademiyanın əlaqələrindən danışan icraçı katib Akademiyanın bu gün bütün mötəbər beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirdiyini bildirib.

Akademiyanın qarşıda duran vəzifələrindən bəhs edən M.Kreutner bildirib ki, akademik və ekspert səviyyəsində bacarıqların artırılması, antikorrupsiya standartlarının beynəlxalq səviyyədə müəyyən edilməsi və s. məsələlər bu gün mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti