...

Yeni Azərbaycan Partiyasının 22-ci ildönümü Gəncədə təntənə ilə qeyd edilib (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2014 13:00
Gəncə Şəhər İcra Hakimiyyəti ilə YAP şəhər Təşkilatının birgə təşkil etdikləri təntənəli yubiley tədbirini giriş sözü ilə təşkilatın sədri Naqif Həmzəyev açaraq ötən dövr ərzində partiyanın qazandığı uğurlardan, eləcə də müstəqil Azərbaycan dövlətinin dünya birliyi ölkələri arasında qazandığı nüfuzdan söhbət açdı.
Yeni Azərbaycan Partiyasının 22-ci ildönümü Gəncədə təntənə ilə qeyd edilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Gəncə Şəhər İcra Hakimiyyəti ilə YAP şəhər Təşkilatının birgə təşkil etdikləri təntənəli yubiley tədbirini giriş sözü ilə təşkilatın sədri Naqif Həmzəyev açaraq ötən dövr ərzində partiyanın qazandığı uğurlardan, eləcə də müstəqil Azərbaycan dövlətinin dünya birliyi ölkələri arasında qazandığı nüfuzdan söhbət açdı. Qeyd etdi ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb olduğu bir vaxtda ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası qısa vaxt ərzində ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrildi. Bu gün qürur hissi ilə demək olar ki, artıq bu partiya xalqın partiyası titulunu qazanmışdır ki, bu da insanların Azərbaycanın bugünkü reallığına və Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətinin ifadəsidir.

Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə və başqaları çıxış edərək dövlət müstəqilliyimizin möhkəmləndirilmə­sin­də, onun iqtisadi və siyasi qüdrətinin artırılmasında Yeni Azərbaycan Partiyasının göstərdiyi əvəzolunmaz xidmətlərdən danışdılar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının bir qrup fəalına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu, partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti