...

Bazarqan gömrük-keçid məntəqəsində yük maşınlarının gediş-gəlişi üçün ikinci keçid xətti açılacaq (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2014 08:58
İran və Türkiyə sərhədində yerləşən Bazarqan gömrük-keçid məntəqəsində yük maşınlarının gediş-gəlişini asanlaşdırmaq məqsədilə ikinci keçid xəttinin açılması nəzərdə tutulub.
Bazarqan gömrük-keçid məntəqəsində yük maşınlarının gediş-gəlişi üçün ikinci keçid xətti açılacaq (FOTO)

Trend-i buradan izləyin

İran, Urmiyyə, 24 noyabr /Trend, xüsusi müxbir Təmkin Cəfərov/

İran və Türkiyə sərhədində yerləşən Bazarqan gömrük-keçid məntəqəsində yük maşınlarının gediş-gəlişini asanlaşdırmaq məqsədilə ikinci keçid xəttinin açılması nəzərdə tutulub. Bu sözləri İranda səfərdə olan Azərbaycanlı jurnalistlərə Bazarqan gömrük-keçid məntəqəsinin rəhbəri Əlirza Abbaspur deyib.

Trend-in məlumatına görə, o, bildirib ki, hazırda ikinci əttin açılması üçün tikinti işləri gedir ki, bu da yük maşınlarının gediş-gəlişini müvəqqəti olaraq çətinləşdirir.

Türkiyə və İran arasında tranzit xərclərinin artması məsələsinə toxunan Ə.Abbaspur bu problemin həll edilməsi üçün danışıqların davam etdiyini qeyd edib: "Danışıqlar davam edir, yaxın günlərdə bu problem aradan qaldırılacaq".

Ə.Abbaspur deyib ki, Qərbi Azərbaycan əyalətinin Türkiyə ilə üç sərhəd-keçid məntəqəsi var: "Bunlardan biri də Bazarqan sərhəd-keçid məntəqəsidir. Bu məntəqə 70 ildən artıqdır fəaliyyət göstərir. İldə orta hesabla 16 milyard dollardan artıq ticarət dövriyyəsi həyata keçirilir. Ay ərzində bu məntəqədən 24 mindən çox yük maşını gediş-gəliş edir. Gündə 300-400 maşın gömrükdən keçir. Bu avtomobillərin bir hissəsi yük maşınlarıdır".

Onun sözlərinə görə, yük maşınları tranzit olaraq Türkiyə, Əfqanıstan, Pakistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Hindistan və Azərbaycana gedir: "Yük maşınlarında əsasən ərzaq və sənaye müəssisələrinin istehsalı üçün avadanlıqlar, tikinti materialları daşınır. Bunlar həm idxal, həm də ixrac olunur. Pambıq, parça və meyvə ixrac olunan məhsullardır".

Ə.Abbaspur deyib ki, İran dünyada ən yaxşı və təhlükəsiz tanzit ölkə kimi tanınır.

Bazarqan gömrük məntəqəsi Qərbi Azərbaycan vilayətində, Türkiyə ilə sərhəddə yerləşən Maku şəhərinin 20 kilometrliyindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti