...

Azərbaycanda ticarət qaydalarını pozmuş 729 təsərrüfat subyekti cərimələnib

Cəmiyyət Materials 26 Noyabr 2014 11:51 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ticarət qaydalarını pozmuş 729 təsərrüfat subyektini 1159,8 min manat məbləğində cərimələyib.
Azərbaycanda ticarət qaydalarını pozmuş 729 təsərrüfat subyekti cərimələnib

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ticarət qaydalarını pozmuş 729 təsərrüfat subyektini 1159,8 min manat məbləğində cərimələyib.

Xidmətin rəisi Zahid İsayev Trend-ə bildirib ki, keyfiyyətsiz və təhlükəli malların istehlak bazarına daxil olmasının və bu cür malların satışının qarşısının alınması ilə bağlı bu ilin yanvar-oktyabr ayları ərzində sahibkarlıq subyektlərində 2800 nəzarət tədbiri aparılıb. Nəzarət tədbirləri nəticəsində ilin əvvəlindən indiyədək ümumilikdə saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 46,3 ton ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Bu dövrdə antiinhisar qanunvericiliyinin tələblərini pozmuş 65 təsərrüfat subyektinə 446,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Ticarət qaydalarını pozduğuna görə isə 729 təsərrüfat subyektinə 1159,8 min manat məbləğində inzibati cərimə tətbiq edilib, 1331 təsərrüfat subyektinə xəbərdarlıq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti