Azərbaycan, Bakı, 26 noyabr /Trend/
Bu gün bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, qaz nəqli və qaz təchizatı şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 15:00-dək Nərimanov rayonunun bir hssəsinə, saat 11:00-dan 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Ağstafa rayonuna və Yevlax rayonunun bir hissəsinə, işlər başa çatanadək Sabunçu, Nəsimi, Qaradağ, Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.