...

“Sənaye və Tələbə” layihəsinin yarımfinal mərhələsi başa çatıb (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2014 10:05 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Tələbə Gənclər Təşkilatının (TGT) “Sənaye ili 2014” çərçivəsində həyata keçirdiyi “Sənaye və Tələbə” layihəsinin yarımfinal mərhələsi başa çatıb.
“Sənaye və Tələbə” layihəsinin yarımfinal mərhələsi başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Tələbə Gənclər Təşkilatının (TGT) "Sənaye ili 2014" çərçivəsində həyata keçirdiyi "Sənaye və Tələbə" layihəsinin yarımfinal mərhələsi başa çatıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGT) Trend-ə verilən məlumata görə, iki gün davam edən yarımfinalda 12 fakültəninin komandaları püşkatma yolu ilə onlara təqdim olunan mövzu haqqında Azərbaycanın müxtəlif yönümlü sənaye sahələrini dərindən araşdıraraq hazırladıqları təqdimatları nümayiş etdiriblər.

Sonda münsiflər heyətinin qərarı ilə 4 komanda - Xüsusi İstedadlar fakültəsi (65 bal), Biznes inzibatçılığı (63 bal), İqtisadiyyat və sənaye (47 bal) və Uçot-iqtisad (46 bal) fakültəsinin komandaları final mərhələsinə keçib.

Dekabrın 5-də baş tutacaq "Sənaye və Tələbə" layihəsinin final mərhələsində qalib komandalar araşdırdıqları sahələrdə mövcud olan problemlərin həlli ilə bağlı hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandaya diplom və 500 AZN pul mükafatı təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti