Azərbaycan, Bakı, 1 dekabr /Trend/
"Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində IDEA İctimai Birliyinin təşəbbüsü və Nizami rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Babək prospekti ətrafında növbəti ağacəkmə aksiyası keçirilib.
Rayon ictimaiyyəti nümayəndələrinin, YAP-ın gənc fəallarının iştirak etdikləri aksiya çərçivəsində 500-dən çox zeytun ağacı əkilib.
Qeyd edək ki, marafonun məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdir. Layihə çərçivəsində ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur.