...

Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi ilə bağlı torpaqların alqı-satqısını həyata keçirən orqan müəyyənləşdirildi

Cəmiyyət Materials 9 Dekabr 2014 16:19 (UTC +04:00)
Azərbaycanda Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaqların dövlətin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı alqı-satqı və ya icarə müqavilələrinin bağlanmasını həyata keçirən orqan müəyyən edilib.
Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi ilə bağlı torpaqların alqı-satqısını həyata keçirən orqan müəyyənləşdirildi

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaqların dövlətin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı alqı-satqı və ya icarə müqavilələrinin bağlanmasını həyata keçirən orqan müəyyən edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov bununla bağlı qərar verıb.

Qərara əsasən, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaqların dövlətin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı alqı-satqı və ya icarə müqavilələrinin bağlanmasını yerli icra hakimiyyəti orqanları həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti