...

Almaniya vətəndaşını öldürənlərə hökm oxundu

Cəmiyyət Materials 16 Dekabr 2014 17:26 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniya vətəndaşı Vüsal Şilderi öldürməkdə təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Almaniya vətəndaşını öldürənlərə hökm oxundu

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniya vətəndaşı Vüsal Şilderi öldürməkdə təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E.İsgəndərov 15 il, Seymur Talıbov isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, istintaqın gəldiyi nəticəyə görə, E.İsgəndərov qohumu S.Talıbov, X.Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq sonuncunun yaxın qohumuna münasibəti dəyişmək niyyəti ilə V.Şilderə xəsarət yetirmək qərarına gəlib. Bu məqsədlə o, bir müddət V.Şilderi güdüb. 2 may 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, 3 B saylı evin qarşısında V.Şilderə yaxınlaşaraq ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində V.Şilder dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti