...

Sürücü qaçmaq istədi, alınmadı

Cəmiyyət Materials 26 Yanvar 2015 17:28 (UTC +04:00)
Paytaxtın Sabunçu rayonunun hüquq mühafizə orqanları tərəfindən isti izlərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub.
Sürücü qaçmaq istədi, alınmadı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Sabunçu rayonunun hüquq-mühafizə orqanları tərəfindən isti izlərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub.

Trend Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata istinadən xəbər verir ki, yanvarın 26-da saat 07 radələrində rayonun Bakıxanov qəsəbəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istəyən piyada 1950-ci il təvəllüdlü Mahmudova Pəri Əyyub qızını vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin "Daewoo" markalı "10-TE-437" dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü 1955-ci il təvəllüdlü Tağızadə Rafael Tağı oğlu tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti