...

İcra başçısı gənclərlə işgüzar dialoq keçirib (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2015 10:09 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 2 fevral- Gənclər Günü münasibətilə YAP Gəncə şəhər Təşkilatının qərargahında gənclərlə işgüzar dialoq keçirib.Tədbirdə şəhər rəsmiləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər, tələbələr və şagirdlər iştirak ediblər.
İcra başçısı gənclərlə işgüzar dialoq keçirib (FOTO)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 2 fevral- Gənclər Günü münasibətilə YAP Gəncə şəhər Təşkilatının qərargahında gənclərlə işgüzar dialoq keçirib.Tədbirdə şəhər rəsmiləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər, tələbələr və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncləri bayram münasibəti ilə təbrik edib, onlara daha uğurlu və parlaq gələcək arzulayıb. O, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərin inkişafı və onların vətənpərlik ruhunda formalaşması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu bəhrələrindən, Gəncə gənclərinin qazandığı nailiyyətlərdən söhbət açıb.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Gəncə gənclərinin ölkə başçısı, Partiyanın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini , Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, Gəncənin çiçəklənməsi naminə gənclərin hər bir sahədə böyük fəallıq göstərdiyini bildirib.

Sonra görüşdə iştirak edən gənclər iclas zalında qoyulan açıq mikrofonlarla arzu və istəklərini, təkliflərini bildiriblər. Müraciətlərdə 2016-ci il Avropa Gənclər Paytaxtı təşkilat komitəsinin həyata keçirdiyi tədbirlərlə bağlı könüllülər qrupunun yaradılması, dünya gənc alimlərinin Gəncədə forumunun keçirilməsi, Gəncədə mədəniyyət günlərinin, gənc rəssamların sərgisinin təşkil edilməsi, məktəblərdə valideyn şuralarının yaradılması, məktəb kitabxanalarının zənginləşdirilməsi və digər mühüm məsələlərlə bağlı müraciətlər səslənib.

Görüşdə gənclərin bir sıra problemləri yerindəcə həll olunub, müraciət və təklifləri ilə bağlı müvafiq qurumların rəhbərlərinə, məsul şəxslərə tapşırıqlar verilib.

Gənclər keçirilən görüşdə işgüzarlıq, təşəbbüskarlıq, fəallıq göstəriblər və səmimi söhbətlərdən, doğma münasibətdən məmnun qalıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti