...

"Serbcə-azərbaycanca lüğət" çap edildi

Cəmiyyət Materials 6 Fevral 2015 16:07 (UTC +04:00)
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşrləri seriyasından “Serbcə-azərbaycanca lüğət” kitabı işıq üzü görüb.
"Serbcə-azərbaycanca lüğət" çap edildi

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşrləri seriyasından "Serbcə-azərbaycanca lüğət" kitabı işıq üzü görüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, 7000 sözdən ibarət kitabda lüğətdən istifadə qaydaları, əlifba haqqında bilgilər, eynimənalı ortaq işlək sözlərin qısa sıyahısı və hər iki ölkənin əlamətdar günləri barədə məlumatlar yer alıb.

Kitab serb və Azərbaycan dillərini öyrənmək istəyənlər üçün nəzərdə tutulub.

Lüğətin tərtibçisi Aynur M.Qarayevadır. Nəşrin redaktorları yazıçı-tənqidçi Yasmina Mixaylovski və akademik Kamal Abdulladır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti