...

Suraxanı polisi məktəbliləri narkomaniya bəlası barədə məlumatlandırıb

Cəmiyyət Materials 12 Fevral 2015 17:06 (UTC +04:00)
Suraxanı rayon Polis İdarəsinin təşəbüsü ilə “Narkomaniya XXI əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib.
Suraxanı polisi məktəbliləri narkomaniya bəlası barədə məlumatlandırıb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlkin İzzət/

Suraxanı rayon Polis İdarəsinin təşəbüsü ilə "Narkomaniya XXI əsrin bəlasıdır" mövzusunda tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin təşəbüsü ilə 327 saylı tam orta məktəbdə Əmircan və Bülbülə qəsəbələrində yerləşən orta məktəblərin pedaqoji kollektivinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə "Narkomanya XXI əsrin bəlasıdır" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən İdarənin rəisi, polis polkovniki Təhmasib İbrahimov narkomaniyanın fəsadları haqqında məlumat verib, gələcək nəsli "ağ ölüm"dən qorumağın yollarından danışıb və bu təhlükəli bəlaya qarşı mübarizədə cəmiyyətin bütün üzvlərinin iştirakının vacibliyini qeyd edib.

Mövzu ilə əlaqədar Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova, 8 saylı birləşmiş uşaq xəstəxanasının baş həkimi Nərminə Babayeva, 87 saylı tam orta məktəbin psixoloqu Fərqanə Məmmədova və digərləri çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti