...

Deputat: Dolların məzənnəsinin qalxması...

Cəmiyyət Materials 23 Fevral 2015 15:51 (UTC +04:00)
“Dolların məzənnəsinin qalxması Azərbaycanda istehsal olunan məhsulların qiymət artımına təsir göstərməməlidir”.
Deputat: Dolların məzənnəsinin qalxması...

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Dolların məzənnəsinin qalxması Azərbaycanda istehsal olunan məhsulların qiymət artımına təsir göstərməməlidir". Bu barədə Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev qeyd edib ki, bu məhsullar Azərbaycanda istehsal olunur: "Dolların məzənnəsi artır, manatın qiyməti ki, artmır. O vaxt yerli məhsulların qiymətlərinə təsir ola bilərdi ki, manatın qiyməti artardı. Ancaq çox təəssüflər olsun ki, bir çox işbazlar bundan istifadə edib bazarda məhsulların qiymətlərini artırırlar. Onlar səbəbsiz yerə, qeyri-qanuni olaraq yerli məhsulların qiymətini artırırlar. Bu yaxşı hal deyil. Hesab edirəm ki, müvafiq dövlət qurumları buna nəzarəti artırmalıdır və həmin işbazlar barəsində tədbirlər görülməlidir".

Millət vəkili dollarla manatın məzənnəsinin eyniləşdirilməsini məqsədəuyğun hesab edir: "Dolların məzənnəsi bizim milli manatın dəyəri ilə eyniləşdirilməli idi. Dünya təcrübəsi, müəyyən qaydalar bunu tələb edir. Çünki müəyyən alış-veriş məsələləri var, ticarət məsələləri var, mübadilə məsələləri var və bunlar mütləq müəyyən qaydalarla nizamlanmalıdır. Çünki məzənnələrin birinin o birindən həddən artıq yuxarı və ya aşağı olması müəyyən münasibətlərin kəskinləşməsinə gətirib çıxarır. Ona görə də manatın məzənnəsinin dollarla eyniləşdirilməsi təbii bir proses idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti