...

Qazaxıstanlı magistrantlar BDU-da təlim keçiblər (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2015 13:49 (UTC +04:00)
Bakı Dövlət Universiteti və Ş.Esenov adına Texnologiya və Mühəndislik Xəzər Dövlət Universiteti arasında 1 iyul 2010-cu il tarixində imzalanmış memorandum çərçivəsində bir qrup qazaxıstanlı magistrant Bakı Dövlət Universitetində olublar.
Qazaxıstanlı magistrantlar BDU-da təlim keçiblər (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Bakı Dövlət Universiteti və Ş.Esenov adına Texnologiya və Mühəndislik Xəzər Dövlət Universiteti arasında 1 iyul 2010-cu il tarixində imzalanmış memorandum çərçivəsində bir qrup qazaxıstanlı magistrant Bakı Dövlət Universitetində olublar.

BDU-dan Trend-ə verilən məlumata görə, Qazax dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan magistrantlar türkologiya kafedrasında qədim türk ədəbi abidələri, müasir türk dilləri, Azərbaycan dili tarixi, orta əsr türk yazılı abidələri fənləri üzrə təlimlərdə iştirak ediblər.

Magistrantlar, eyni zamanda, universitetin Abay Mərkəzinin təşəbbüsü ilə filologiya fakültəsinin 3-cü kurs tələbələrilə görüşüblər. Gənc qazax alimləri tələbələrə qazax ədəbiyyatı və ədəbiyyatşünaslıqda mövcud olan müasir tendensiyalar haqqında məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti