Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/
"Koroğlu" metrostansiyası ərazisində idmançıların Atletlər kəndindən idman arenalarına daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılması üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib.
Məlumata görə, dayanacaq meydançalarını ayırmaq məqsədilə həmin əraziyə səki daşları düzüləcək: "Bununla da hər arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək. Sözügedən meydança drenaj sistemi ilə təmin olunub. Bundan əlavə həmin ərazidə işıqlandırma və digər abadlıq işləri nəzərdə tutulub".