...

Azərbaycan dilinin kilsələrdə tədrisi

Cəmiyyət Materials 5 Mart 2015 14:24 (UTC +04:00)
Dünyada gərginliyin artması fonunda Azərbaycan tez tez uğurlu multikulturalizm və tolerantlıq siyasəti aparan nümunə kimi qeyd olunur. Dövlət multikultural cəmiyyətin inkişafını hərtərəfli dəstəkləyir, mədəni müxtəlifliyinin qorunmasına və dinlərarası əməkdaşlığın təşviqinə qayğı göstərir.
Azərbaycan dilinin kilsələrdə tədrisi

Azərbaycan, Bakı, 5 mart /Trend/

Dünyada gərginliyin artması fonunda Azərbaycan tez tez uğurlu multikulturalizm və tolerantlıq siyasəti aparan nümunə kimi qeyd olunur. Dövlət multikultural cəmiyyətin inkişafını hərtərəfli dəstəkləyir, mədəni müxtəlifliyinin qorunmasına və dinlərarası əməkdaşlığın təşviqinə qayğı göstərir.

Azərbaycanda milliyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının cəlb olunduğu ideoloji, sosial, mədəni əhəmiyyət kəsb edən müxtəlif layihələr icra olunur. Bu təhsil və sosial əhəmiyyət kəsb edən təşəbbüslərdən biri də "Azərbaycan dilini öyrənirik" layihəsidir. Layihə Millətlərarası, multikulturalizm və dini məsələləri üzrə Azərbaycan Respublikasının Dövlət Müşavirliyinin təşəbbüsü ilə Azərbaycan Prezidenti yanında "Bilik" Fondu tərəfindən həyata keçirilir. Kifayət qədər əlamətdar faktdır ki, layihədə Azərbaycan dilinin kursunun Rus Provoslav Kilsəlarində hərtərəfli dəstək verən Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyası da iştirak edir.

Bu layihə Prezident İlham Əliyevin 30 sentyabr 2002-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanundan irəli gəlib.

Layihənin 17 Fevral 2015-ci il tarixli rəsmi açılış mərasimində Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviriliyi Xidmətinin nümayəndəsi Sərraf Hüseynov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunun müşaviri Aynur Bəşirli, kursun müəllimləri və ilk dinləyiciləri iştirak ediblər. Layihəyə bu cür hərtərəfli dəstəyin göstərilməsi növbəti dəfə uğurlu multikulturalizm siyasətinin effektivliyini nümayiş etdirmişdir.

Hal-hazırda Azərbaycan dili kursları Bakıda Müqəddəs Məryamın Miladı kilsəsində keçirilir. Layihənin hədəf auditoriyası yalnız kilsəni ziyarət edənlər deyil, eyni zamanda müxtəlif millətlərə və dinlərə məxsus rus dilli vədəndaşlardır. Kursun ilkin mərhələdə 60-dan çox dinləyici yazılıb və iştirakçıların sayı daima artır. Dinləyicilər üçün ödənişsiz olan kursları aparan Bakının ali və orta məktəblərinin rus bölmələrindən müsabiqə yolu ilə seçilən müəllimlərin əmək haqqı Bilik Fondu tərəfindən ödənilir.

Rus pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası yalnız yer verməklə kifayətlənmir, kilsə xadimləri kurslara gəlmək istəyənlərin qeydiyyatını aparır və bununla da təşkilati işdə aktiv iştirak edir.

Bu layihə cəmiyyətdə təhsil və biliyin səviyyəsinin artırılmasına, multikultural təhlükəsizliyinin qorunmasına və möhkəmlənməsinə, dünya gedən proseslərin səbəb olduğu obyektiv çətinliklərin ölkəmizdə əvvəlcədən qarşısının alınmasına yönələn və ölkəmizin gələcək inkişafını sülh və əməkdaşlıq şəraitində qurmasını təmin etməyə istiqamətlənmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi A.G. Bayramova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti