...

Polis Bakıda 17 qadın və azyaşlını dilənçiliyə görə saxlayıb

Cəmiyyət Materials 11 Mart 2015 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda avaralıq və dilənçiliklə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis bölməsi və Nəsimi rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb. Onlara xəbərdarlıq edilərək buraxılıb.

Saxlanılanlardan 9-u qadın, 8-i azyaşlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti