...

Azərbaycanda tikinti işlərinin həcmi artıb

Cəmiyyət Materials 22 Mart 2015 18:00 (UTC +04:00)
2015-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 1007,5 milyon manat dəyərində tikinti işləri aparılıb.
Azərbaycanda tikinti işlərinin həcmi artıb

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir Ənvər Məmmədov/

2015-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 1007,5 milyon manat dəyərində tikinti işləri aparılıb. İnşaat işlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3,5 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Görülmüş tikinti işlərinin ümumi həcmindən 63,1 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 18,2 faizi əsaslı təmir, 6,faizi cari təmir, 12,7 faizi isə digər inşaat işlərinin payına düşüb.

İstifadəyə verilib

Yanvar-fevral, 2015-ci il

Əvvəlki ilin müvafiq dövrünə nisbətən

Yaşayış evləri, ümumi sahə, min kv.m

262,9

118,0

Poliklinikalar, ambulator müəssisələr

90

-

Məktəbəqədər təhsil müəssisələri, yer

150

55,6

Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat

1697,5

100,5

O cümlədən

- məhsul istehsalı obyektlərinin tikintisi

1282,3

137,3

- xidmət sahələri üzrə obyektlərin tikintisi

415,2

84,0

Ümumi vəsaitdən tikinti-quraşdırma işlərində istifadə edilmişdir-cəmi

1247,0

113,6

Dövlət Statistika Komitəsinin məlumatına görə, fevralda 141,7 min kvadratmetr mənzil istifadəyə verilib. Yanvarda bu rəqəm 102,4 min kvadratmetr olub. 2015-cü ildə hələlik 262,9 min kv.m mənzil istifadəyə verilib ki, bu da ötən ildəkindən 18 faiz çoxdur.

2015-cü ilin yanvar ayının yekunları üzrə Azərbaycanın inşaat bölməsinə 96,9 min nəfər cəlb edilib. Tikinti sektorunda nominal əməkhaqqı 655,7 manat təşkil edib ki, bu da 2014-ci ilin müvafiq dövrünə nisbətən 7,5 faiz çoxdur. Belə ki, dövlət şirkətlərində orta aylıq əməkhaqqı 481,6 manat (il ərzində 5,4 faiz azalma), özəl şirkətlərdə isə 720,6 manat (9,8 faiz artım) təşkil edib.

Binaların tikintisi sahəsində əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayı ərzində 3,7 faiz azalaraq orta hesabla 526,1 manat, ixtisaslaşdırılmış tikinti işlərində 28,3 faiz artaraq 1175,1 manat, mülki təyinatlı tikinti işlərində isə 7,1 faiz artaraq 477,8 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti