...

Heydər Əliyev prospektində avtomobillərin maneəsiz hərəkəti üçün əlavə tədbirlər görüldü (VİDEO)

Cəmiyyət Materials 29 Mart 2015 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlkin İzzət/

Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yoldan köməkçi yola keçmək üçün nəqliyyat vasitələrinə şərait yaradılıb.

"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, həmin hissədə ayırıcı zolaq təxminən 60 m məsafədə götürülərək yeni bir hissə salınıb. Ərazidə yol nişanları yerləşdirilərək üfüqi nişanlanma işi həyata keçirilib.

Artıq Heydər Əliyev prospektinin əsas yolundan hərəkət edən nəqliyyat vasitələri yeni yaradılan hissədən istifadə etməklə Nizami rayonu 8-ci km qəsəbəsinə rahat hərəkət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti