...

Türkiyə Diyanət Başkanlığının sədr müavini: Birlikdə yaşamaq mədəniyyəti İslamın özəlliklərindən biridir

Cəmiyyət Materials 16 Aprel 2015 13:42 (UTC +04:00)
Yer üzünü və könülləri imana gətirmək məqsədilə gələn İslam dininin mənsublarının arasında təfriqə yaradan, terror aktları törədənlər müsəlman ola bilməzlər.
Türkiyə Diyanət Başkanlığının sədr müavini: Birlikdə yaşamaq mədəniyyəti İslamın özəlliklərindən biridir

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlkin İzzət/

İnsanları imana gətirmək məqsədilə gələn İslam dininin mənsublarının arasında təfriqə yaradan, terror aktları törədənlər müsəlman ola bilməzlər.

Trend xəbər verir ki, bunu Türkiyə Diyanət Başqanlığının sədr müavini Həsən Kamil Yılmaz bu gün Bakıda "İslam maarifçiliyi və müasir dövr" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, insanın başqa dinin mənsubları ilə birlikdə yaşaya bilməsi təbiətdən gələn, fitri bir hadisədir. Birlikdə yaşamanın təməlində mərhəmət, sevgi, hörmət, qarşılıqlı xoş münasibət durur: "Müsəlmanlar əslində başqa din mənsubları ilə birgə dinc yanaşı yaşayıblar. Birgə yaşadıqları şəhərlərdə başqa dinlərin dəyərlərinə hörmətlə yanaşıb, ehtiram göstəriblər. Qafqaz və Balkan bölgəsi, eləcə də indi olduğumuz Bakı şəhəri buna nümunədir. Birlikdə yaşamaq mədəniyyəti İslamın təbii özəlliklərindən biridir".

Müsəlmanın işi təkcə namaz qılmaqla bitmir, o həm də insanların könlünü oxşamalı, 72 millətdən olanlara qarşı hörmətlə yanaşmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti