...

Aydın Əliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 17 Aprel 2015 13:16 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək.
Aydın Əliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 24-də saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində (20 yanvar küç.148) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Mingəçevir, Şəki, Yevlax, Ağdaş rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 23-ü saat 11:00-dək "192"Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-24) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti