...

Azərbaycanda sınaq qiymətləndirilməsi keçirilən müəllimlərin həftəlik dərs yükü 18 saat olacaq

Cəmiyyət Materials 4 May 2015 18:20 (UTC +04:00)
Azərbaycanda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş müəllimlərin dərs bölgüsü aparılarkən müəssisələrdə işləyən müəllim üçün həftəlik 1 stavka dərs yükü 18 saat müəyyənləşdirilməli, ancaq bu zaman həftəlik dərs yükü 2 stavkadan çox olmamalıdır.
Azərbaycanda sınaq qiymətləndirilməsi keçirilən müəllimlərin həftəlik dərs yükü 18 saat olacaq

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş müəllimlərin dərs bölgüsü aparılarkən müəssisələrdə işləyən müəllim üçün həftəlik 1 stavka dərs yükü 18 saat müəyyənləşdirilməli, ancaq bu zaman həftəlik dərs yükü 2 stavkadan çox olmamalıdır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" verdiyi yeni əmrdə öz əksini tapıb.

Əmrə əsasən, vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda isə həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.

Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik bir stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3) stavkadan çox olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 12 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür.

Əmrdə qeyd edilir ki, ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti