...

Bakıda bütün nəqliyyat vasitələrində vahid kart sistemi tətbiq ediləcək

Cəmiyyət Materials 10 May 2015 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir Hüseyn Vəliyev/

Bakıda nəqliyyat vasitələrində vahid kart sistemi dəmiryol nəqliyyatında da tətbiq ediləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, yeni ödəmə katları Bakı metrosunda, avtobus və digər nəqliyyat vasitələrində, o cümlədən dəmiryolda istifadə ediləcək.

O, qeyd edib ki, Bakı Dəmiryol Vağzalının yenidən qurulması çərçivəsində köhnə platformaların bərpası, yeni turniketlərin quraşdırılması istiqamətində işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti