...

Bölgələrdə qeyri-sabit hava şəraiti mayın 15-dək davam edəcək

Cəmiyyət Materials 12 May 2015 12:42 (UTC +04:00)
Azərbaycanın bölgələrində müşahidə edilən yağıntılı, qeyri-sabit hava şəraiti mayın 15-i gündüzə kimi davam edəcək.
Bölgələrdə qeyri-sabit hava şəraiti mayın 15-dək davam edəcək

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın bölgələrində müşahidə edilən yağıntılı, qeyri-sabit hava şəraiti mayın 15-i gündüzə kimi davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti