Azərbaycan, Bakı, 20 may /Trend,
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Bakıda yaşayış binasında baş vermiş yanğınla əlaqədar başsağlığı verib. Bu barədə səfirlikdən Trend-ə daxil olan məlumatda bildirilir.
Səfir Fələstin xalqının baş vermiş hadisənin acısını Azərbaycan xalqı ilə bölüşdüyünü bildirib.
N.Əbdül Kərim həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib.