...

“Aydın yol” qəzetinin 20-ci nömrəsi satışda

Cəmiyyət Materials 29 May 2015 13:36 (UTC +04:00)
“Aydın yol” qəzetinin 20-ci nömrəsi işıq üzü görüb.
“Aydın yol” qəzetinin 20-ci nömrəsi satışda

Azərbaycan, Bakı, 29 may /Trend/

"Aydın yol" qəzetinin 20-ci nömrəsi işıq üzü görüb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan "Aydın yol" qəzetinin 20-ci nömrəsi işıq üzü görüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, nömrədə bu materiallar dərc olunub:

- Sonuncu İran Şahının sarayında saraydaxili intriqalarından bəhs edən "Bakılı Tacülmülükün xatirələri";

- Paşa Əlioğlunun "XVII əsr Azərbaycan şairləri söz sənəti haqqında" məqaləsi;

- "Unudulmuş dəyərlər" rubrikasında yer alan Cəfər Cabbarlının "Kimdir Cani - Şeyx Nəsrullah, yoxsa Kefli İsgəndər?" adlı unudulmaz yazısı;

- Mahir Qarayevin tərcüməsində Rayner Maria Rilkenin şeirləri;

- "Ədəbi gənclik" rubrikasında yer alan Aqşin Yeniseyin şeirləri;

- İlqar Əlfinin təqdimatında "Hər Suala bir cavab" ensiklopedik məlumatlar toplusu;

- "Prezidentlər nə oxuyur" adlı sosial araşdırma;

- Vladimir Mayakovskinin "Ölüm - bütün cəhdlərin sonuncusu" yazısı;

- Fereydun Tonkaboninin "Həyat" hekayəsi, həmçinin siyasət, mədəniyyət və ədəbiyyatla bağlı digər maraqlı məlumatlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti